Yəməndə husilər Fransanı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə silah verməkdə ittiham edib.
KONKRET. az xarici mediaya isitinadla xəbər verir ki, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi, “Twitter”də Fransanın koalisiya qüvvələrinə verdiyi silahlarla, ölkənin şimalındakı Sada əyalətindəki Er-Raku bazarına hücum edildiyini və hücumda 40 adamın öldüyünü söyləyib.
Husi paylaşımında bildirib ki, Fransa tərəfindən verilən silahların hücumlar və qanlı münaqişələr üçün istifadə olunması cinayətdir. Fransa qanunları isə buna göz yumur.
Fransa və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Hazırladı: Günel MUSEYİB