İdmançı söyüşə görə tanışını bıçaqladı – Həbs edildibackend

İdmançı söyüşə görə tanışını bıçaqladı - Həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ümidvar Bayramovun  (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 27 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramov zərərçəkmiş Mirzə Məmmədovla (soyadı şərti) telefonla danışarkən həmin şəxs onun ünvanına söyüş söyüb. Sonra onlar görüşüb və söhbət zamanı zərərçəkmiş təqsirləndirilən şəxsi bir neçə dəfə yumruqla vurub. Bu zaman Ümidvar cib bıçağı ilə qəsdən bir neçə dəfə zərbə ona zərbə endirərək Mirzəyə xəsarət yetirib.

Hadisədən sonra Ümidvar Bayramov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə iclasında o, elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərib ki, o, idmançıdır və ağır atletika üzrə çempiondur. İsveçrə, Malaziyada keçirilən yarışlarda iştirak edərək 1-ci yerə çıxıb. Ümidvar zərərçəkmiş Mirzəni tanıdığını, ona telefon satdığını deyib. Mirzə ona zəng edərək telefonunun xarab olduğunu söyləyib və buna görə də aralarında mübahisə yaranıb.

Ümidvarın ifadəsinə görə, Mirzə ona söyüş söyüb. 27 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Mirzə ilə telefonda yenə mübahisələri yaranıb. O, Mirzəni görüşə çağırıb. Axşam saatlarında Mirzə ilə görüşüb ona söyüş söydüyünə görə üzərində gəzdirdiyi bıçaqla onun qarnının sol hissəsindən vurduğunu deyib. O, hazırda əməlindən peşman dolmadığını bildirib.

Məhkəmə-elektron informasiya sistemindən sərhədkeçmə çıxarışından görünür ki, zərərçəkmiş şəxs 17 aprel 2024-cü il tarixdə respublika sərhədini çıxıb və ölkə ərazisinə qayıtmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*