İki məktəblinin öldüyü qəza yeri – FOTOLARbackend

İki məktəblinin öldüyü qəza yeri - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Zaqatalanın Göyəm kəndində iki məktəblinin ölümü, digərinin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az  DİN-in Baş DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə zamanı sükan arxasında olan Emin İbrahimov əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub. Həmçinin onun sürücülük hüququnun olmaması üzə çıxıb.

Bildirilib ki, saat 13 radələrində E.İbrahimov etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

Nəticədə, azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Avtomobilin vurduğu uşaqların 3-ü də 5-ci sinif şagirdi imiş.

DİN-in Baş DYP İdarəsi bir daha sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərə müraciət edərək onları bu ağır yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağa, həm özlərinin, həm də neçə-neçə məsum insanın həyat və sağlamlığını təhlükəyə atmamağa çağırıb.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*