KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, Azərbaycanın görkəmli alimləri biologiya elmləri doktoru, professor, Mərkəzi Nəbatat Bağına 20 ildən çox rəhbərlik etmiş Arif Əli oğlu Bayramov və Biologiya üzrə fəlsəfə doktoru, dosent Ağa Şıxıyev vəfat ediblər.
Qeyd edək ki, Arif Bayramov 1980-ci ilin axırlarından 2000-ci ilədək Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, Arif Bayramov 1938-ci ildə Bakıda anadan olub.
Ağa Şıxıyev isə 1941-ci ildə Bakı şəhərində anadan olub. O, AMEA Botanika İnstitutunun “Bitki ehtiyatları” şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru idi.