İki məşhur müğənni ölü tapıldı — FOTObackend

İki məşhur müğənni ölü tapıldı — FOTO 

Meksikada qastrol səfərində olan “DJ King” ləqəbli kolumbiyalı müğənni Bayron Sançes və Xorxe Luis Herrera ölü tapılıb.

KONKRET.az-ın məlumatına görə, sentyabrın 16-dan itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri paytaxt Meksikadan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan qəsəbəsində tapılıb.

Meksika Baş Prokurorluğu hadisə ilə bağlı geniş miqyaslı araşdırmaya başlanıldığını açıqlayıb. Mediada yayılan xəbərlərə görə, sənətçilərin ölümünün narkotik alverçiləri ilə əlaqəsi ola bilər.

Kolumbiya prezidenti Qustavo Petro ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı paylaşımında sənətçilərin ölümündə beynəlxalq mafiyaları və narkotik tacirlərini günahlandırıb.

Dəniz Pənahova 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*