İki nazir istefa verdi – Yeni təyinatlarbackend

İki nazir istefa verdi – Yeni təyinatlar  

Türkiyənin səhiyyə naziri Fahrettin Koca və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki vəzifələrindən istefa veriblər.

KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən istefaları qəbul edilən Fahrettin Kocanın yerinə İstanbul vilayəti üzrə səhiyyə müdiri professor Kamal Memişoğlu, səhhəti ilə bağlı problemlərə görə vəzifədən azad olunmasını istəyən və tələbi qəbul edilən Mehmet Özhasekinin yerinə isə Murat Kurum təyin ediliblər.

Təyinat qərarları Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc edilib. (oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*