Türkiyənin məşhur tarixçisi, professor İlber Ortaylının səhhətində ciddi problemlər yaranıb.
“Etiraf etməliyəm ki, bu dəfəki narahatlığım əvvəlkilərə bənzəməyəcək qədər ağır keçir”, – 78 yaşlı alim söyləyib.
O, səhhətindəki problemlərə görə Haliç Konqres Mərkəzində, İzmir Dokuz Eylül Universitetində və Şəhər Xəstəxanasında keçirilən tədbirlərdə iştirak edə bilmədiyini vurğulayıb:
“Təəssüf ki, həkimlərimin tövsiyəsinə əsasən bu həftə sonu keçiriləcək Kocaeli Kitab Sərgisindəki görüşümüzü də ləğv etməli oldum. Hazırda uzun səfərlərə çıxacaq və sizin qarşınıza keçəcək gücüm yoxdur. Bundan əlavə, müəyyən müddət təcrid şəraitində yaşamalıyam”.