İlham Əliyevin Amerika zəfəri Cənubi Qafqazın taleyini dəyişdi – Bəhruz Həsənov YAZIRbackend

İlham Əliyevin Amerika zəfəri Cənubi Qafqazın taleyini dəyişdi - Bəhruz Həsənov YAZIR

“2020-ci ilin əvvəllərində bəzi dairələr iddia edirdi ki, “payızda Azərbaycan xaosa bürünəcək, hökumət çökəcək”. Lakin payız yetişəndə İlham Əliyev Qarabağı işğaldan azad etdi, Azərbaycanın qüdrətli çağları başladı. Biz 44 günə 30 illik işğala son qoyduq deyə fəxr edirdik, amma əslində, 44 günə 300 illik asılılıq, müstəmləkə və işğal dövrünə də son vermiş olduq. Pyotrdan Putinə qədər uzanan bu əsarət illərində xalqımız mövcudluq uğrunda mübarizə aparıb, igidlərimiz qılıncdan keçirilib, xanlarımız parçalanıb, milli sərvətlərimiz talan olunub, ziyalılarımız repressiyalara məruz qalıb.”

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Bəhruz Həsənov özünün məqaləsində bildirib. Həmin məqaləni təqdim edirik:

“44 günlük Vətən müharibəsi zamanı hakimiyyət-ordu-xalq həmrəyliyinin səbəblərindən biri də məhz var olmaq uğrunda mübarizə idi və Prezident İlham Əliyev bunu bacardı. Lakin qələbədən sonra bəzi narazı təbəqələr “hamısı oyundur, Putin belə istəyib” kimi əsassız fikirlər səsləndirdilər. Rusiya sülhməramlıları Qarabağa yerləşdiriləndə həmin kəsim sevincək oldu, amma onların məqsədi Putin sevgisi deyildi, İlham Əliyevin qələbəsini həzm edə bilməmək idi. Prezidentin ‘Mən nəyi, nə zaman etməyi yaxşı bilirəm’ sözləri isə aydın mesaj idi, sadəcə, anlamayan anlamaq istəmədi.

Ardınca anti-terror əməliyyatları başladı və cəmi 23 saata Qarabağ təmizləndi. Terrorçular qandallandı, rus sülhməramlıları ölkələrinə göndərildi, Ermənistan ərazisində qalan kəndlərimiz geri alındı. Qarabağ yenidən quruldu, Rusiya regiondan uzaq tutuldu, hətta sülh razılaşmasına yaxın buraxılmadı. Bu gün şahidi olduğumuz sülh müqaviləsinin müəllifi birmənalı şəkildə İlham Əliyevdir. Ermənistanı sülh masasına oturtmağa vadar edən də odur. Lakin milli maraqlar naminə o, şöhrətindən imtina edərək bu tacı Trampa təqdim etdi, çünki məsələni bitirmək üçün yeganə yol bu idi.

Prezident Əliyev, görünür, Donald Trampı ciddi psixoloji təhlildən keçirib. Dünyanın ən güclü prezidentini Azərbaycan-Ermənistan sülh müqaviləsinin tərəfinə çevirmək böyük məharət tələb edirdi və cənab bunu da bacardı. Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə kimin nəzarət etməsi isə bizim üçün əhəmiyyət daşımır. Hətta ABŞ şirkətinin bu funksiyanı üzərinə götürməsi qəbuledilən haldır.

Putinin bizə diş qıcamasının səbəbi isə bunları anlaması və Azərbaycanın məğrur duruşudur. İlham Əliyev heç vaxt Putinə hesab verməyib, manevrlər və strateji addımlar isə siyasətdə labüddür. Xülasə, vaxtilə ‘it kimi hürənlərin’ indi ‘tülkü kimi quyruq bulamasını’ izləmək olduqca xoşdur. Kim bilir, onların qarderobunda daha neçə maska var…”

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*