İlham Əliyevin qələbəsi: Şuşadan Dünyaya yeni çağırış və Vaşinqtonda qoyulan NÖQTƏbackend

İlham Əliyevin qələbəsi: Şuşadan Dünyaya yeni çağırış və Vaşinqtonda qoyulan NÖQTƏ

“Şuşanın alınması Azərbaycanın tarixində dönüş nöqtəsi oldu və ölkəmizin qalibiyyət yolunu açdı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu qələbə regionda və dünyada yeni reallıq yaratdı. Bu yeni reallıq həm Ermənistan, həm İran, həm Rusiya, həm də Fransa üçün aydın oldu, amma ən çox ABŞ bu dəyişiklikləri dərindən anladı”.

KONKRET.az xəbər verir ki, bu sözləri əməkdar jurnalist Yunis Orucov deyib.

O, bildirib ki, Azərbaycanın parlaq qələbəsinin izləri uzaq Vaşinqtona qədər gedib çıxıb. 907-ci düzəlişin ləğvi, ATƏT-in Minsk qrupunun buraxılması və Zəngəzur dəhlizinin açılması Azərbaycan, Ermənistan və Amerika liderlərinin ilk dəfə bir masa arxasında sülh mövzusunu müzakirə etməsinə şərait yaradıb.

Yunis Orucov əlavə edib ki, bu qələbənin gücü yalnız “Dəmir yumruq”da deyil, həm də Azərbaycan Prezidentinin tükənməyən ədalətində, sınmayan iradəsində və ruhundakı sülhdədir.

O vurğulayıb ki, 8 avqust tarixi Azərbaycan üçün sülhün və sabitliyin başlanğıcıdır və bu qələbənin sonsuz olacağına, Qafqaza əbədi sülhün gələcəyinə inam böyükdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*