İlham Zəkiyev nazirlik yanında İctimai Şuraya üzv seçildi – FOTOLARbackend

İlham Zəkiyev nazirlik yanında İctimai Şuraya üzv seçildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Bu barədə KONKRET.az-a nazirlikdən məlumat verilib.

Qeyd edək ki, seçkinin təşkili məqsədilə Nazirlikdə doqquz nəfərdən (Nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından beş üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 37 nəfərin namizədliyi təsdiq edilib. Səsvermədə iştirak üçün QHT və KİV nümayəndələri olan 260 nəfər qeydiyyata alınıb. Onlardan 227 nəfər səsvermədə iştirak edib.

Seçicilərin fəallığı şəratində, şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq ictimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:

S/n S.A.A Təmsil etdiyi vətəndaş cəmiyyəti, vəzifəsi
  Həsənov Məmmədhəsən Murad oğlu “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri
  Mirzəyev Umud Rəhim oğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
  Həsənli Emin Əliyar oğlu “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə”  İB-nın sədri
  Rəhimova Məhluqə Gülməmməd qızı “Əlil Qadınlar Cəmiyyəti”  İB-nın sədri
  Qasımov Rey Kərim oğlu “Qarabağ Qaziləri”  İB-nın İdarə Heyətinin üzvü
  Məmmədov Sahib Məlik oğlu “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri
  Alızadə Sevinc Əsgərxan qızı “Zəfər” Şəhid Ailələrinə Dəstək”  İB-nın sədri
  Həsənov Mirhəsən Yusif oğlu ”Çernobıl Əlilləri İttifaqı”  İB-nın sədri
  Rzaquliyev Füzuli Ədəb oğlu “Azərbaycan Vətən Müharibəsi Veteranları”   İB-nın sədri
  Əliyev Mayis Nəbi oğlu ”Sosial Hüquqların Araşdırılması”  İB-nın sədri
  Mahmudova Ramilə Rasim qızı “İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“  İB-nın sədri
  Abışova Vüsalə Mahir qızı “Azəri Press” Agentliyinin (APA) baş direktoru
  Zəkiyev İlham Əzizağa oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti
  İsmayılova Nailə İsgəndər qızı “Yeni Həyat Humanitar və Sosial Dayaq”  İB-nın sədri
  Məmmədov Elşad Yaqub oğlu “Ümman” Əlilliyi olan uşaqlara Qayğı”  İB-nın icraçı direktoru

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*