“İmişli” “Qəbələ”yə, “Sumqayıt” “Karvan”a qarşıbackend

“İmişli” “Qəbələ”yə, “Sumqayıt” “Karvan”a qarşı

Misli Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

KONKRET.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

“İmişli” Qubada “Qəbələ” ilə qarşılaşacaq. Günün digər oyununda “Sumqayıt” “Karvan”ı qəbul edəcək.

Daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “Kəpəz”ə (1:4), “Turan Tovuz” “Qarabağ”a (1:2) uduzub. “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
8-ci tur
18 oktyabr

“İmişli” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Sumqayıt” – “Karvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*