İmişlidə faciə: avtomobil kanala aşdı, bir ailənin beş üzvü öldübackend

İmişlidə faciə: avtomobil kanala aşdı, bir ailənin beş üzvü öldü

İmişlidə avtomobilin kanala düşməsi nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.

Konkret.az Oxu.az-a istinadən xəbər verir ki, bunlar İmişli şəhərinin sakinləri,1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Mərziyə Əmiraslan qızı, 1991-ci iltəvəllüdlü Məmmədov Elnur Etibar oğlu, 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı və əslən İmişlidən olub Bakıda yaşayan 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğludur.

Qeyd edək ki, İmişlidə gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə rayonun Əliqulular kənd ərazisində baş verib. İlkin məlumata görə, minik avtomobili idarəetməni itirərək kanala aşıb.

Qəza nəticəsində beş nəfərin öldüyü bildirilir. Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Bir cavab yazın