İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMAbackend

İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMA

Məlum olduğu kimi, iyun ayının 10-dan etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müxtəlif şəhər və rayonlarda buraxılış imtahanları keçirilib.

Və elə imtahanların ilk günündən etibarən test tapşırıqlarının çətinliyi ilə əlaqədar sosial şəbəkələr üzərindən geniş müzakirələr başlayıb. İnsanlar mövcud pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, builki imtahanlarda abituriyentlərə heç bir güzəşt olunmadığını, əksinə, verilən sualların əvvəlki illərə nisbətən daha çətin salındığını iddia edirlər. Xüsusən də riyaziyyat fənnindən verilən sualların buraxılış imtahanları səviyyəsindən qat-qat çətin olması vurğulanaraq, bu səbəbdən abituriyentlərin xeyli bal itirdikləri diqqətə çatdırılır. Qeyd edək ki, KONKRET.az-ın redaksiyasına da bununla əlaqədar kifayət qədər müraciət daxil olmaqdadır. Əsasən abituriyentlər tərəfindən edilən müraciətlərdə onların çoxu məlum səbəblərdən son aylarda hazırlıqlarını normal davam etdirə bilməmələrinə rəğmən səylə çalışdıqlarını qeyd etsələr də, DİM-in tərtib etdiyi çətin suallar üzündən aşağı bal topladıqlarını deyirlər. Və bu halın onların psixologiyasına ciddi zərbə olduğunu da istisna etməyərək, blok imtahanlara həvəssizlik, ruh düşkünlüyü yaratdığına təəssüf hisslərini gizlətmirlər.

Bəs, görəsən, məsələ ilə bağlı DİM-in rəsmi mövqeyi necədir?

Qurumun mətbuat xidmətindən KONKRET.az-a verilən məlumatda deyilir:

“Mərkəz tərəfindən eyni təhsil səviyyəsi üzrə müxtəlif günlərdə keçirilən imtahanlarda istifadə edilən suallar vahid texniki tapşırıq əsasında DİM-in müvafiq fənn üzrə test bankından kompüter proqramı vasitəsilə seçilir və sual kitabçaları da məhz bu tapşırıqlar əsasında formalaşdırılır. Hər bir imtahanda olduğu kimi, buraxılış imtahanlarında da müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir.

Buraxılış imtahanları layihələndirilərkən sual kitabçalarına daxil edilən tapşırıqların bölmələr üzrə, eləcə də mürəkkəblik dərəcəsinə görə bölgüsü, fənlər üzrə test blokunun strukturu (qapalı, kodlaşdırma tələb edən və yazılı cavab tələb edən tapşırıqların sayı) bu imtahanın bütün istiqamətləri üzrə eyni olub, hər hansı istiqamət üzrə keçirilən imtahanda yenidən formalaşdırılmır və bu formatın dəyişdirilməsi də nəzərdə tutulmur.

Nəzərinizə çatdırırıq ki, indiyə qədər keçirilən imtahanlarda bütün fənlər üzrə istifadə edilən tapşırıqların mürəkkəblik dərəcəsinə görə bölgüsü bir daha nəzərdən keçirildikdən sonra vahid yanaşmaya bütün imtahanlarda riayət olunduğu müşahidə edilmişdir.

Ümumiyyətlə, imtahanların nəticələrinin elmi-statistik təhlili ilə tanış olmadan, onun məzmunu, çətinliyi, asanlığı və digər məsələlər haqqında fikir yürütmək doğru deyil. Nəzərə almaq lazımdır ki, bu imtahanlarda on minlərlə şagird iştirak edir və biz ümumi mənzərəni yalnız bütün iştirakçıların nəticələrini təhlil etdikdən sonra görə bilərik. Bu təhlillər geniş şəkildə imtahanlar başa çatdıqdan sonra Mərkəz tərəfindən həmişə aparılır və “Abituriyent” jurnalında dərc olunur.

Bundan əlavə, hər bir məktəbin məzunlarının nəticələri ayrıca olaraq kitabça şəklində çap olunur və müvafiq məktəblərə göndərilir. Elektron qaydada isə mekteb.edu.az saytına yerləşdirilir”.

Hazırladı: Sevinc Paşayeva

KONKRET.az

  • Aysun
    Avqust 4, 2020 - 14:04

    Dim ancaq oz dediyini deyir.Demeli hec bizim sikayetlerimiz arasdirilmir.Sadece her yerde eyni olub deyirler amma vaxtlarini ayirib suallara yeniden baxmirlar ekspertler deli deyiller ki onlarda deyirler ki ayin 30u cetin olub Dim hec arasdirma bele elemek istemir elece oz dediklerini deyib dururlar.Sikayet elemek lazimdi DIM i cunki hec bize baxmirlar ne deyirik sikayetlere diqqet yetirmirler.Hec demirlerki arasdirariq ya nese.Amma vu qeder camaat deli deyil ki deyerli vaxtlarini ayirib sikayet edirler.Ekspertlerin ozleri nece nefer tesdiqlediler biz deyeni

  • Aytekin
    Avqust 4, 2020 - 18:22

    Men bir valideyin kimi öz fikrimi bildirmek isteyirem.Bura yazan abituriyentler aşağı bal topladıqlarını demirler.Sadece onlar maksimum bala hazırlaşan şagirdler olduğu üçün 29-u keçirilen imtahanla,30-u keçirilen intahan arasındakı ferqi yazırlar.Neye göre bilik seviyyesi aşağı olan şagirdler şanslı olduğu üçün yüksek bal toplasın.Ballar toplananda qeyd olunmur ki,abituriyentin biri çetin suallardan meselen 200-250 bal,digeri sade suallardan 200-250 bal toplayıb.Tebii ki seçim vaxtı en kiçik bal bele mühüm rol oynayır.Bizimde yazmaqda meqsedimiz budur ki bu haqsızlıq aradan qaldırılsın.Men DİM in bu qeyri beraber imtahanların şeffaf olması üçün bütün yazılanları nezere alaraq elinden geleni esirgemeyeceyine inanıram.

  • Bəxtiyar
    Avqust 5, 2020 - 00:04

    30 iyul düşən buraxılış imtahan sualları digər günlərdə düşən imtahanlara nisbətən çətin düşmüşdür . DIM bu işlə bağlı araşdırmalar aparmalıdır !!

  • Aslan
    Avqust 5, 2020 - 08:55

    Çox maraqlıdı,hər dəfə abituriyentlər, valideynlər etiraz etdikdə,DİM ancaq eyni cavab verir.Abituriyenləri,valideyinləri,hətta müəllimləri belə haqsız çıxarmağa çalışır.Belə çıxır ki,bu qədər insan yalan danışır?Məncə abituriyentlərə bu qədər laqeyd münasibət göstərmək,insafsızlıqdı.Çünki bu uşaqlar bizim gələcəyimizdi.Və indidən belə haqsızlıqlarla qarşılaşmaları,onları gələcəyə olan inamını azaldır.

  • Amin
    Avqust 5, 2020 - 09:11

    xanlar xanlarzade tuprum senin tehsilive tuprum.senin menliyine davay get redd ol

  • Elnarə
    Avqust 5, 2020 - 11:30

    Mən təmamilə razıyam.30iyulda kecirilən imtaanda xüsusən riyaziyyat fənnindən cooox çətin olub.Mənim övladım bütün o bundan qabaqkı riyaziyyata düşənləri rahat həll edə bildiyini deyirdi.Lakin 30 iyulda verilən suaallara çoxuna 10 15 deyqə vaxt sərf edildiyini dedi.Hörmətli dim bundan qabaq bilik səviyyəsi aşağı olanlar və 30 iyuldakı verilən imtaanda səviyyəsi yüksək səviyyəli uşaqlar eyni bal toplasa nə olacaq bu qədərmi haqsızlıq olar düzgün deyil.Məncə siz ballara əsaən yox verilən sualların asan çətinliyinə görə qərar verib düzgün nəticə çıxarmalısınız.

  • Elsa
    Avqust 5, 2020 - 15:07

    Mən deyərdim ki 24 iyul olan imtahan da çətin idi. 23 iyul olan imtahanla müqayisə etdikdə. Bu nə laqeyid yanaşmadı şagirdlərə qarşı? Niyə başa düşmürsüz bizi? Mən bilmirəm biz hara şikayət edə bilərik ki bizi kimsə dinləsin fikrimizi nəzərə alsın!? Təhsil inkişaf etməkdən getdikcə zifləyir. Niyə istəmirsiz ki Azərbaycan öz təhsili ilə digər ölkələrdən yaxşı mənada seçilsin?? Psixologiyamızla bərabər əsəblərimizifə pozduz! BƏSDİRİN DAHA. Hamını savadsız elədiz təhsilinizlə. Məktəblərdə də doğru düzgün təhsil verimir onsuz. Müəllimlər belə düzgün davranmır şagirdə qarşı. Düşündükcə insan əsəbləşir.

  • Elvira
    Avqust 14, 2020 - 20:09

    Çox xaiş edirəm heç olmasa 2 ci şansı versinlər. Onsuzda karantindi, elə əsasda buna görə ikinci şansı vermək lazımdı. Bütün həvəsdən saldılar bizi. Bu gedişnən savadlılarıda savadsızlaşdırırsız.

Amin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*