İnam Kərimov iki direktor təyin etdibackend

İnam Kərimov iki direktor təyin etdi

Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinə yeni direktorlar təyin olunub.

KONKRET.az BakuPost-a istinadən xəbər verir ki, bu barədə əmri bu gün Kənd Təsərrüfatı naziri İnam Kərimov imzalayıb.

Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzlərinə Şəmkir İcra Hakimiyyətinin məsləhətçisi Rəşad Əzizov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə isə Emin Eyvazov təyin edilib.

Qeyd edək ki, ötən ay Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları işdən azad ediliblər.

Məlumata görə, Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Kənd Təsərrüfatı Nazirliyindən xəbəri təsdiqləyiblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*