Braziliyada inəklə toqquşan 20 yaşlı futbolçu ölüb.
KONKRET.az “Sun” nəşrinə istinadən xəbər verir ki, Antoni İlano motosikletlə qarşısına qəfil çıxan inəklərlə toqquşub və hadisə yerinə dünyasını dəyişib.
Məlumata görə, qəza İlanonun atasının ad günü mərasimindən qayıdan zamanı baş verib.
Qeyd edək ki, A.İlano ölkəsində “Piaui” klubunun gənclərdən ibarət komandasının üzvü olub.