İnternat məktəblərindəki uşaqların sayı artdıbackend

İnternat məktəblərindəki uşaqların sayı artdı

“BMT-nin CEDAW Komitəsinin tövsiyələrində uşaqların məhkəmə qarşısına çıxarılıb danışdırılması müsbət hal kimi qarşılanmır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bildirib.

Aparat rəhbəri qeyd edib ki, xüsusilə cinsi zorakılığa məruz qalan uşaqlar bir pəncərə sistemi vasitəsilə məhkəmə qarşısına çıxarılmadan dindirilməlidir.

C.Rəhmətullayeva əlavə edib ki, uşaqların internat müəssisələrinə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılsa da, hələ də bu müəssisələrdə uşaqların sayı narahat edəcək dərəcədədir: “2021-ci ildə internat tipli ümumtəhsil məktəblərində təhsil alan uşaqların sayı 9960 nəfər idisə, 2022-ci ildə bu rəqəm 10 min 062 nəfər olub”.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*