İnterpol tərəfindən axtarışda olan narkobaron İstanbulda tutuldubackend

İnterpol tərəfindən axtarışda olan narkobaron İstanbulda tutuldu

İnterpol tərəfindən axtarışda olan beynəlxalq narkotik kartelinin lideri İstanbulda polis tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

Nazir X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “Beynəlxalq narkotik dəstəsinin rəhbəri, İnterpol tərəfindən axtarışda olan Xorvatiya vətəndaşı Nenad Petrak İstanbulda “Kartel-2” əməliyyatı zamanı Üsküdar rayonunda saxlanılıb.

Onun sözlərinə görə, Petrakın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup 9 ölkədə fəaliyyət göstərir və Cənubi Amerikadan Avropaya narkotik qaçaqmalçılığı ilə məşğuldur. O, narkotik qaçaqmalçılığı ilə yanaşı qətldə də ittiham olunur

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*