İnterpol xətti ilə axtarışda olan azərbaycanlı Moskvada SAXLANILDIbackend

İnterpol xətti ilə axtarışda olan azərbaycanlı Moskvada SAXLANILDI

Moskvada İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

KONKRET.az “REN TV”yə istinadən xəbər verir ki, 36 yaşlı kişi martın 21-də yol polisi əməkdaşları tərəfindən Xovrino ərazisində saxlanılıb.

Şübhəli şəxslə bağlı oriyentasiya Azərbaycan İnterpolundan, Bakıdan gəlib. Orada həmin şəxs əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu pozmaqda və külli miqdarda əmlakı ələ keçirmək məqsədilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir.

Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin adı açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*