İnterpolun qırmızı bülletenlə axtardığı narkobaron İstanbulda saxlanıldıbackend

İnterpolun qırmızı bülletenlə axtardığı narkobaron İstanbulda saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanları İstanbulda narkotik tacirinə qarşı “Kartel-2 operasyonu” adlı əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində Xorvatiyanın İnterpol xətti ilə axtarışa verdiyi və qırmızı bülletenlə axtarılan Nenad Petrak adlı narkobaron saxlanılıb.

Onun Cənubi Amerikadan əldə etdiyi narkotiki Avropaya daşıdığı məlum olub.

Xorvatiyanın Korrupsiyaya Qarşı Mübarizə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyinin hesabatına görə, Nenad Petrak təxminən doqquz ölkədə bir çox insanı cinayət təşkilatına bağlayan narkotik alverçisidir.

A.Yerlikaya narkotacirlərə qarşı mübarizənin davam edəcəyini qeyd edib.Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*