İntihar etdiyi deyilən qızı 17 yaşlı qardaşı öldürübmüşbackend

İntihar etdiyi deyilən qızı 17 yaşlı qardaşı öldürübmüş

Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın  yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Ş-nın qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Ş şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*