“iPhone 18”in baza modeli 2026-cı ildə buraxılmayacaq.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.
Belə ki, bu ilin payızında “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan “iPhone” kimi flaqman cihazların elan ediləcəyi gözlənilir.
Standart “iPhone 18” yalnız 2027-ci ilin yazında bazara çıxarılacaq.
Bildirilib ki, bu dəyişiklik məhsul xəttinin genişlənməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin sonuna qədər “iPhone 16e”, “iPhone Air” və köhnə nəsillər də daxil olmaqla, eyni vaxtda ən azı səkkiz fərqli “iPhone” modeli satışda ola bilər.
Buraxılış siyasətindəki dəyişiklik “Apple” şirkətinə məhsulları fərqləndirməyə, daxili rəqabət olmadan hər bir modelin həyat dövrünü uzatmağa və satışları maliyyə ili ərzində daha bərabər paylamağa imkan verəcək.
Beləliklə, “Apple” şirkətinin 2026-cı ildə keçiriləcək ənənəvi sentyabr tədbiri yalnız premium seqmentə həsr ediləcək ki, bu da şirkətin strategiyasında yeni bir dövrün təcəssümü olacaq.
