İqtisadi oyunların AXİRƏT GÜNÜ planı: “135 ölkə süqut edəcək” – ÖZƏL ARAŞDIRMAbackend

İqtisadi oyunların AXİRƏT GÜNÜ planı: "135 ölkə süqut edəcək" - ÖZƏL ARAŞDIRMA

Qərbin valyuta fondları, iqtisadi təsisatları bildirir ki, dünya iqtisadiyyatı 2,9 faizə qədər kiçiləcək. Amma məqsəd 3,2 faizi keçmək idi.

KONKRET.az xəbər verir ki, dünya iqtisadiyyatındakı durğunluq İlon Maskın da paylaşımlarında qeyd olunub. Həmçinin “The Economist” jurnalı da hər nömrədə böhran təhlükələrinə yazı həsr edir. Belə deyək, planlaşdırılan krizis insanların şüuruna bəri başdan yeridilir.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Georgiyeva bildirib ki, gələn il dünya iqtisadiyyatına yatırılan 4 trilyon ABŞ dollarının qeybə çəkilməsi də müşahidə olunacaq.

Onun açıqlamasını şərh edən iqtisadçılar bu məbləğdə pulun qeyb olmasına yox, kimlərinsə cibinə gedəcəyinə inanır. Dünya gücləri iqtisadi tənəzzül ilə inkişaf etməkdə olan xırda dövlətlərin domino daşı kimi bir-bir çökdürülməsinə nail olmaq istəyirlər. Pandemiya da dünyanı bataqlığa daha tez sürükləmək üçün olub. Bu bataqlığın digər sahili isə xaosdur. Bəli, koronavirus hələ Çinin Xubey əyalətində yarasalarla uçuşanda epidemiya və pandemiyaya çevrilən virusu yaradanların planı belə təsvir olunurdu:

– pandemiya

– iqtisadi böhran, ərzaq çatışmazlığı

– xaos

Alman jurnallarından birində yayılan xəbərdə dəhşətli faktlar yer alıb. Belə ki, nəşrdə Afrika, Latın Amerika, Şərqi Avropa və Asiyada yerləşən 135 ölkənin xarici borclarının kritik limiti aşdığı göstərilir. Həmin dövlətlər iflas və süquta yaxındır. Bu isə dünya iqtisadiyyatı üçün fəlakətdir.

Xatırladaq ki, hələ mart ayında Dünya Bankı bir təhlil yaymış və həyəcan təbili çalırdı ki, “borc böhranı ilə bağlı dünyaya xəbərdarlıq edirik”. Halbuki, borclanmanı elə Dünya Bankı kimi beynəlxalq maliyyə təşkilatları yaradıb. Məqsəd isə daha qorxuncdur:

• iqtisadi çöküş, devalvasiya yaşanan ölkələrin etiraz aksiyalarına bürünməsi

• kütləvi insan qırğının yaşanması

• həmin dövlətin ya müstəmləməkə, ya da koloniya kimi ABŞ asılılığına keçməsi

Uzun illərdir ki, Afrikanın çox yeri Qərb ölkələrinin laboratoriyasına çevrilib. İnsanların önünə dilənçi payı kimi çörək və geyim atılır. Kölə kimi davranılır. Həyatı yalnız Amerika, Avropa və Avstraliyada saxlamaq istəyənlər digər qitələri qoruq, qul bazarı kimi nəzərdə tutublar. Bir qrup insanı kölə kimi işlətməyə, digər qismini isə kosmik sınaqlar üçün saxlasalar da, əksər insanlar soyqırıma məruz qalacaq. Çünki onlar İslamda qeyd olunan axirət gününün əlamətləri ilə tanış olur və Allahlıq iddiasına qalxırlar. Yəni qiyamət gününü öz istədikləri vaxta keçirtmək fikrinə düşüblər.

Azərbaycan isə belə təhdidlərdən yayınmaq üçün dünya ağalığı eşqinə düşmüş bütün ölkələrlə normal əməkdaşlıq əlaqələri qurub. Həm də strateji mövqe və tranzit əhəmiyyətimiz bizi kimlərdənsə yox, kimlərisə bizdən asılı salır.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*