İran Bakı-Naxçıvan yolunu BAĞLADI – Erməni ekspertbackend

İran Bakı-Naxçıvan yolunu BAĞLADI - Erməni ekspert

“Artıq bir neçə gündür ki, susuram, görək indiki hökumətimiz sözünü deyəcək, yoxsa təbii müttəfiqlərimizi “korlamaq” üçün Laçın məsələsini manipulyasiya etməyə çalışacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni iranşünas Harut Artin Arakelyan öz Telegram kanalında yazıb.

O, xüsusilə qeyd edib:

“İran artıq bir neçə gündür ki, İslam Respublikası ərazisindən keçən Bakı-Naxçıvan avtomobil yolunu bağlayıb. Bu, Laçın dəhlizinin bağlanmasından sonra edilib. Nikol və onun məmurları azərbaycanlıların cəsarətinə cavab verməyən dostlarını daim günahlandırırlar. Sizin parazit jurnalistlərdən, aparıcılardan ibarət bütöv bir xəbər informasiya sisteminiz var, bilmirdinizmi ki, İran nəinki reaksiya verdi, əksinə, cavab olaraq Azərbaycanın yolunu kəsdi” – deyə Arakelyan  yazıb.

PS: Qeyd edək ki, məsələ ilə bağlı İran tərəfindən hələ ki, rəsmi mövqe açıqlanmayıb. Erməni ekspert Harut Artin Arakelyanın bu məlumatı haradan əldə etdiyi bəlli deyil.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*