İran “Hörmüzü” bağlasa, dünyada görün nələr baş verəcək – SENSASİON DETALLARbackend

İran "Hörmüzü" bağlasa, dünyada görün nələr baş verəcək - SENSASİON DETALLAR

“İran və İsrail arasında hərbi toqquşmaların intensivləşməsi, bölgədə təhlükəsizlik balansını sarsıtmaqla yanaşı, enerji bazarlarına da ciddi təsirlər göstərə bilər. Xüsusilə, İranın Hörmüz boğazını bağlama ehtimalı artıq real ssenari kimi qiymətləndirilir. Bu isə təkcə Yaxın Şərq yox, bütövlükdə dünya üçün geosiyasi və iqtisadi risklərin artması deməkdir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyyə Ruslanqızı şərh edib:

Azərbaycanla sərhədə qoşun yığılır: Ermənistan müharibəyə nə zaman başlayacaq? - KRİTİK MƏQAMLAR | KONKRET

“Hörmüz boğazı dünya üzrə gündəlik ixrac olunan xam neftin təxminən 20%-nin keçdiyi strateji bir nöqtədir. İran bu boğazı bağlamaqla, əsasən Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər və İraq kimi ölkələrin enerji nəqlini iflic edə bilər. Belə bir addım dünya enerji bazarlarında qiymətləri kəskin şəkildə artırar, tədarük zəncirlərini pozar və böyük güclərin, xüsusilə də ABŞ və Çinin sərt reaksiyasına səbəb olar.

Azərbaycan üçün bu vəziyyətin həm fürsətlər, həm də risklər doğurması mümkündür. Qısa müddətdə neft və qaz qiymətlərinin artması Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirləri yüksəldəcək. Lakin mövcud vəziyyət dünya iqtisadiyyatında tənəzzül və qeyri-sabitlik risklərini də artırar ki, bu da uzunmüddətli perspektivdə ticarət və investisiya axınlarına mənfi təsir göstərər.

Politoloq qeyd edir ki, “Hörmüz” bağlansa, alternativ enerji marşrutlarına tələbatın artması fonunda Azərbaycan üzərindən keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz layihələrinin strateji əhəmiyyəti daha da güclənəcək. Avropa İttifaqı və Qərb dövlətləri enerji asılılığını diversifikasiya etmək üçün Cənubi Qafqaz regionuna daha çox diqqət yönəldəcək.

“Eyni zamanda bölgədəki hərbi-siyasi gərginliyin artması Azərbaycan üçün yeni çağırışlar yaradır. Xəzər regionuna yaxınlığımız və İranla sərhəddə yerləşməyimiz səbəbilə, istənilən eskalasiya təhlükəsizlik risklərini artırır. Belə bir durumda balanslı xarici siyasət və regional sabitliyin qorunması üçün diplomatik fəallığın artırılması vacib olacaq.

Nəticə etibarilə, İranın Hörmüz boğazını bağlaması ssenarisi Azərbaycanın enerji bazarındakı mövqeyini gücləndirə bilər. Lakin bu, eyni zamanda qlobal qeyri-sabitliyin yaratdığı riskləri də özü ilə gətirir. Hazırkı vəziyyət həm iqtisadi, həm də diplomatik baxımdan çevik və strateji yanaşma tələb edir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*