“İran özünü təcavüzdən müdafiə etmək üçün minlərlə raket və pilotsuz uçuş aparatı toplayıb”.
KONKRET.az xəbər verir ki, bunu İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin baş hərbi müşaviri, general-mayor Yəhya Rəhim-Səfəvi deyib.
O, ölkənin silahlı qüvvələrinin istənilən ssenariyə tam hazır olduğunu bildirib.
“Biz bir neçə min raket və dron istehsal etmişik. Onların yerləşdiyi ərazilər etibarlı şəkildə qorunur. Dinc nüvə enerjisi və raket istehsalı bizim milli elmimiz, zəka və biliyimizin nəticəsidir və onları məhv etmək olmaz. Netanyahu məqsədlərinə çatmadı – İslam Respublikası devrilmədi və parçalanmadı. Biz itkilər verdik, lakin onlara ciddi ziyan vurduq”, – Rəhim-Səfəvi vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az