İran Netanyahu barəsində ölüm hökmü çıxaracaqbackend

İran Netanyahu barəsində ölüm hökmü çıxaracaq

İran hökuməti İsrailin Baş naziri Benyamin Netanyahu barəsində edam hökmü çıxarmağı düşünür.

KONKRET.az-ın məlumatına görə, İranın xarici işlər nazirinin müavini Kazım Qaribabadi Netanyahu haqqında edam qərarının hüquqi baxımdan mümkün olduğunu bildirib.

O, fələstin xalqını dəstəkləyən iki və ya üç ölkədən məhkəmə formalaşdırmağın mümkünlüyünü araşdırmaq lazım olduğunu vurğulayıb: “Bunun çərçivəsində məhkəmə bənzər qərarı çıxara bilər. Məncə, burada mümkünsüz heç nə yoxdur, səy göstəriləcəyi halda baş tuta bilər”.

Daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu barəsində müharibə cinayətləri ilə bağlı həbs qərarı çıxarıb. Bu qərar İsrail, ABŞ və bir sıra digər ölkələr tərəfindən tənqid edilib, lakin Avropa İttifaqı ölkələrinin əksəriyyəti qərara əməl edəcəklərini bildirib./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*