“İran nüvə sazişi bağlamağa hazırdır, lakin bunun üçün bir şərtləri var”.
KONKRET.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Əli Xomeneinin müşaviri Əli Şamxani NBC News-a açıqlamasında bildirib.
“İqtisadi sanksiyalar ləğv olunarsa, İran nüvə silahı istehsal etməyəcək, yüksək zənginləşdirilmiş uran ehtiyatını məhdudlaşdıracaq.
O əlavə edib ki, bu halda İran uranı yalnız mülki məqsədlər üçün zənginləşdirəcək və beynəlxalq müşahidəçilərin nəzarətinə imkan verəcək.
Aynurə İsmayıl
KONKRET.az