İran ordusu ABŞ-a xəbərdarlıq etdi: “Ağır nəticələrlə üzləşəcəksiniz”backend

İran ordusu ABŞ-a xəbərdarlıq etdi: “Ağır nəticələrlə üzləşəcəksiniz”

İran Silahlı Qüvvələrinin koordinasiya qərargahı olan “Xatəmül-Ənbiyə” qərargahı ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrə sərt cavab veriləcəyini bəyan edib.

KONKRET.az xəbər verir ki, bəyanatda qeyd olunur:

“Bu cinayətə cavab olaraq, güclü və hədəfli əməliyyatlarla üzləşəcəksiniz. Bu nəticələr sizin təsəvvürünüzü aşacaq və peşman olmağınıza səbəb olacaq.”

Rəsmi Tehran bildirir ki, qarşıdakı əməliyyatlar ABŞ-ın bölgədəki mövqeyini ciddi şəkildə sarsıda bilər və ağır geosiyasi nəticələr doğura bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*