İran parlamentində “Təşəkkürlər, Pakistan!” şüarları səsləndibackend

İran parlamentində “Təşəkkürlər, Pakistan!” şüarları səsləndi

İran parlamentində bu gün diqqətçəkən anlar yaşanıb. Prezident Məsud Pezeşkiyan çıxışı zamanı Pakistanın İrana verdiyi dəstəyi açıqlayıb və bu, deputatların alqışları və şüarları ilə qarşılanıb.

KONKRET.az xəbər verir ki, Pezeşkiyan parlamentdəki çıxışında bildirib: “Dünən Pakistan Senatı İsrailin iyrənc siyasətinə qarşı mübarizədə İranı dəstəkləmək və lazım olan bütün mövqelərdə yanımızda olmaq qərarını təsdiqlədi.”

Prezidentin bu sözlərindən sonra İran parlamentində olan millət vəkilləri bir ağızdan “Təşəkkürlər, Pakistan! Təşəkkürlər, Pakistan!” – deyə şüarlar səsləndiriblər.

Pezeşkiyan əlavə edib ki, “bu gün bütün islam ölkələri birləşməlidir” və Pakistanın dəstəyi regionda anti-İsrail ittifaqlarının formalaşmasında mühüm rol oynaya bilər.

Hadisə İran və İsrail arasında gərginliyin zirvəyə çatdığı bir dönəmdə baş verir və Tehran üçün regional həmrəyliyin mühüm simvolu kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*