İran Prezidenti Məsud Pəzeşkiyan ölkəsinin nüvə proqramı ilə bağlı Qərbdən gələn təzyiqlərə münasibət bildirib. O, İranın heç bir ultimatumla razılaşmayacağını və elmi tədqiqatlardan imtina etməyəcəyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, Prezidentin sözlərinə görə, bəzi xarici qüvvələr ölkə daxilində qarşıdurma yaratmağa və bu yolla İrana qarşı hücum planlarını reallaşdırmağa çalışır. Lakin o, xalqın birliyinin bu cəhdləri puça çıxaracağını bildirib.
Pəzeşkiyan İranın ABŞ və Avropa ilə əlaqə saxladığını, lakin təzyiqlərə boyun əyməyəcəyini qeyd edib. O, Qərbin İrandan nüvə sahəsində imkanlarından əl çəkməyi tələb etdiyini, bunun isə ölkənin təhlükəsizliyi üçün yolverilməz olduğunu deyib.
Prezident onu da bildirib ki, İranın məqsədi nüvə silahı hazırlamaq deyil, elmi və texnoloji inkişafı davam etdirməkdir.
Natiq Səlim,
KONKRET.az