İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livandakı Hizbullah müttəfiqləri tərəfindən istifadə edilən minlərlə peycer və rabitə qurğularının keçən həftə partladılmasından sonra bütün üzvlərə istənilən növ rabitə cihazlarından istifadəni dayandırmağı tapşırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb.
Bildirilib ki, SEPHA tərəfindən təkcə rabitə avadanlığı deyil, bütün cihazları yoxlamaq üçün genişmiqyaslı əməliyyat aparılır.(apa)