İran İsrailə qarşı ikinci və üçüncü raket zərbələri dalğasını həyata keçirib.
KONKRET.az xəbər verir ki, “Reuters” və AFP agentliklərinin məlumatlarına əsasən, Tel-Əviv və Qüds şəhərlərində bir neçə partlayış qeydə alınıb.
Məlumata görə, İran raketlərindən bəziləri İsrailin hava hücumundan müdafiə sistemlərini dəf edərək bir sıra hədəflərə tuş gəlib. İran mediası iddia edir ki, İsrail ordusunun əsas hərbi və siyasi rəhbərliyinin yerləşdiyi Kiryadakı komandanlıq məntəqəsi də hücumlara məruz qalıb. İran televiziyası isə Müdafiə Nazirliyinin qərargahı yaxınlığında baş verən yanğının görüntülərini yayımlayıb.
Natiq Səlim,
KONKRET.az
KONKRET.az