İranda etiraz aksiyalarından öncə internet “kəsilib”backend

İranda etiraz aksiyalarından öncə internet "kəsilib"

Cümə axşamı gününə planlaşdırılan hökumət əleyhinə etiraz aksiyalarından öncə İranın bəzi yerlərində internetin kəsilməsi xəbərləri yayılıb. KONKRET.az xəbər verir ki, BBC-nin Farsca xidmətinin izləyiciləri fasilələrlə bağlı məlumat verərkən, interneti müşahidə xidmətini həyata keçirən NetBloks istifadənin azaldığını təsdiqləyib.

Bu ölkədə fəaliyyət göstərən yarı rəsmi İrna xəbər agentliyi yazır ki, adını açıqlamaq istəməyən bir məmur bunun rəsmi sifariş olduğunu deyib.

Bu, ötən ay İranda qiymət artımına görə etirazlarda həlak olanların xatirəsinə nümayiş çağırışlarının fonunda baş verib.

Amnesty İnternational təhlükəsizlik qüvvələri tərəfindən bir gün davam edən basqın zamanı azı 304 nəfərin öldüyünü və minlərlə şəxsin həbs edildiyini bildirir.

Reuters xəbər agentliyi adı açıqlanmayan Daxili İşlər Nazirliyi rəsmilərinin məlumatlarına əsasən, ölənlərin sayının 1500-ə çatdığını yazıb. Noyabrın 15-də hökumət benzinin qiymətini 50 faiz artıraraq bir litrini 15000 riala ($ 0,12, qeyri-rəsmi bazar məzənnəsi ilə $ 0,09) çatacağını və sürücülərə hər ay yalnız 60 litr almaq icazəsinin veriləcəyini, bu miqdardan sonra qiymətin hər litr benzin üçün 30 min reala qədər artacağını bildirdikdən sonra İranın şəhər və qəsəbələrində etiraz aksiyaları başlayıb.

Qərar ötən il prezident Donald Trump-ın İranla çoxtərəfli nüvə razılaşmasından imtina etdiyi zaman ABŞ-ın keçən il bərpa etdiyi sanksiyalar nəticəsində iqtisadiyyatın yenidən böhran keçirdiyi ölkədə böyük qəzəblə qarşılanıb.

Etirazlar artdıqca, internetə giriş demək olar ki, tamamilə dayandırılıb. Nəhayət, dünyaya yayılan mobil görüntülər təhlükəsizlik qüvvələrinin silahsız nümayişçilərə atəş açdığını göstərib.

Öldürülənlərdən birinin – 27 yaşlı Pouya Bəxtiyarinin qohumları cümə axşamı günü sosial mediadan istifadə edərək, Alborz əyalətinin paytaxtı Karajda gəncin ölümünün 40-cı günündə onu birlikdə anmaq üçün dəvət yayıblar.

Bəxtiyarinin ailə üzvlərinin həbs olunduğu bildirilir. Onların həbs səbəbi isə gəncin anım mərasiminin keçirilməsinin iğtişaşlara səbəb ola bilməsi ehtimalı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*