İranın cənubunda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 352 min insanın yaşadığı Bəndər Abbas şəhərindən 30 km şimalda olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.