İranda hicaba görə komaya salınan qızın anası HƏBS EDİLDİbackend

İranda hicaba görə komaya salınan qızın anası HƏBS EDİLDİ

İranda hicaba görə komaya salınan qızın anası həbs edildi.

KONKRET.az İran İnsan Haqları Təşkilatı-na istinadən xəbər verir ki, Tehran metrosunda “Əxlaq” polisinin zorakılığına məruz qalan Armita Gəravəndin anası Şəhin Əhmədi həbs edilib.

“Tasnim News” isə 16 yaşlı Armitanın anasının həbs xəbərini inkar edib. Məlumata görə, Şəhin Əhmədi qızının yanına buraxılmamasına etiraz etdiyi və bunu ictimailəşdirdiyi üçün həbs olunub.

Qeyd edək ki, hökumətə müxalif xəbər təşkilatları İran hökumətinin ikinci Məhsa Əmini hadisəsini törətdiyini və yenidən kütləvi etiraz aksiyalarının başlanacağı ehtimalının yüksək olduğunu yazır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*