İrandan ABŞ-a SƏRT MESAJ: “Bundan əl çəkməsə…” backend

İrandan ABŞ-a SƏRT MESAJ: "Bundan əl çəkməsə..." 

İran ABŞ-la nüvə danışıqlarına qayıtmaqdan imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O bildirib ki, ABŞ böyük tələblərindən əl çəkmədiyi müddətdə Tehran nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək.

Araqçının sözlərinə görə, əvvəlki görüşlər də Vaşinqtonun reallıqdan uzaq gözləntiləri səbəbindən nəticəsiz qalıb.

İran XİN sözçüsü İsmayıl Bəqayi isə qeyd edib ki, ABŞ-la yalnız vasitəçilər üzərindən əlaqə saxlanılır. Bu isə tamhüquqlu danışıqlar hesab edilə bilməz.

Müşviq Tofiqoğlu 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*