İranın Azərbaycandakı səfirliyində tüstülənmə – Nə baş verib?backend

İranın Azərbaycandakı səfirliyində tüstülənmə - Nə baş verib?

İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb. 

KONKRET.AZ xəbər verir ki, səfirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə İran İslam Respublikasının Bakının Səbail rayonunda yerləşən səfirlik binasında qeydə alınıb. Səfiriliyin 3 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tüstülənmə müşahidə edilib.

Elektrik naqillərində qısaqapanma olub və tüstülənmə meydana gəlib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

Hazırda hadisə tam nəzarət altındadır, xəsarət alan yoxdur.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*