İran nüvə sisteminin inkişaf etdirilməsini kosmos proqramı adı altında gizlədib.
KONKRET.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Jurnalistlər qərargahı Parisdə yerləşən İran Milli Müqavimət Şurasının (NCRI) hesabatını əldə ediblər.
“Bir neçə ay ərzində toplanmış məlumatlar göstərir ki, İran Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı Şahrud və Semnan obyektlərində nüvə başlıqlarının yaradılması üzərində işi gücləndirib”, – sənəddə deyilir.
Beləliklə, İran Müdafiə Nazirliyinin nüvə inkişafından məsul olan gizli agentliyi kosmik proqram adı altında nüvə silahı yaratmaqda günahlandırılır.
Müşviq Tofiqoğlu
KONKRET.az