İranın 39 nəfərlik deputat qrupu milli müdafiə doktrinasına yenidən baxılması və nüvə silahının hazırlanmasına icazə verilməsi tələbi ilə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına rəsmi məktub göndərib.
KONKRET.az ISNA News-a istinadən xəbər verir ki, bunun təşəbbüskarı, deputat Həsənəli Ehlaki Amiridir: “Bu gün heç bir beynəlxalq təşkilat, hətta Avropa və Amerika ölkələri sionist rejiminə nəzarət edə bilmir. Buna əsaslanaraq 39 parlamentari Ali Şuraya məktub yazaraq onu imzalayıb və şuraya İran İslam Respublikasının müdafiə doktrinasına yenidən baxılmasını təklif ediblər”. Digər iranlı deputat Məhəmməd Rza Sabaqyan Bafqi isə bu təşəbbüsü İsrailin İranın nüvə və neft obyektlərinə zərbə endirmək təhlükəsi ilə izah edib. İranın müdafiə doktrinası ölkənin ali dini lideri Əli Xamneyinin fitvasından sonra nüvə silahının yaradılmasını İslama zidd hesab edərək, nüvə silahının yaradılmasını qadağan edir.
Vəli Həsənoğlu,
KONKRET.az