İrəvanda məhkəmə binası qarşısında ATIŞMAbackend

İrəvanda məhkəmə binası qarşısında ATIŞMA

İrəvanda naməlum şəxslərin prokurora tərəf atəş açması ilə bağlı xəbərlər yayılıb.

KONKRET.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi naməlum şəxslərin paytaxtın Ajapnyak inzibati rayonunda məhkəmə binası yaxınlığında prokurora tərəf atəş açması barədə KİV-in məlumatından sonra cinayət işi açıb. İdarənin mətbuat katibi Qor Abramyanın sosial şəbəkələrdə verdiyi məlumata görə, adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.

Qeyd olunur ki, prokurorun özü xəsarət almayıb, məhkəmə binasının yaxınlığında dayanmış avtomobildə güllə izləri aşkarlanıb.

Hazırda zəruri istintaq və prosessual hərəkətlər davam etdirilir, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*