İşdən çıxmaq istəyənlərin NƏRƏZİNƏ: 1 ay gözləməyə GƏRƏK YOXDURbackend

İşdən çıxmaq istəyənlərin NƏRƏZİNƏ: 1 ay gözləməyə GƏRƏK YOXDUR

Bəzi işəgötürənlər işçiləri hədələyərək bildirirlər ki, onlar işdən çıxmaq istəyirlərsə, bir ay əvvəlcədən xəbərdarlıq etməli və yalnız bu müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verilə bilər.

Cinayət Məcəlləsində ev dələduzluğu azadlıqdan məhrum etmə ilə  cəzalandırılır"- vəkil Turan Abdullazadə

Lakin hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında qeyd edir ki, bu, bütün hallarda keçərli deyil.

Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bəzi hallar var ki, həmin vəziyyətlərdə işçi bir aylıq xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verə bilər. Bu hallar aşağıdakılardır:

  • İşçi yaşa və ya əlilliyə görə pensiyaya çıxırsa;

  • Təhsil müəssisəsinə daxil olub oxumağa başlayırsa;

  • Yaşayış yerini dəyişirsə;

  • Başqa bir işəgötürənlə əmək müqaviləsinin bağlanmasına razılıq əldə edibsə;

  • Seksual qısnamaya məruz qalıbsa;

  • Qanunvericilikdə nəzərdə tutulan digər əsaslı səbəblər mövcuddursa.

Vəkilin sözlərinə görə, bu kimi hallarda işçi ərizəsində göstərdiyi tarixdə işdən çıxa bilər və işəgötürənin buna mane olmaq hüququ yoxdur.

“Əgər işəgötürən işçiyə qanunsuz təzyiq göstərərsə və ya hüquqa zidd addımlar atarsa, işçi Dövlət Əmək Müfəttişliyi orqanlarına şikayət edə bilər. Eyni zamanda, qeyri-qanuni şəkildə işdən çıxarılarsa, məhkəməyə müraciət etmək hüququ da var. Məhkəmələr bu cür hallarda çox zaman işçilərin xeyrinə qərar çıxarır,” – deyə Turan Abdullazadə bildirib.

Sonda vəkil əlavə edib ki, işəgötürənlərin “mütləq 1 ay öncədən xəbərdarlıq etməlisən” tələbi işçiləri qorxutmaq məqsədi daşıya bilər və işçilər öz hüquqlarını bilməli, lazım gəldikdə isə hüquqi müdafiə yollarından istifadə etməlidirlər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*