Şahruddin cəzalı duruma düşdübackend

Şahruddin cəzalı duruma düşdü

Milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilən görüşün 45+1-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. 

KONKRET.az xəbər verir ki, bu, təcrübəli qolkiperin cari seçmə mərhələdə aldığı ikinci sarı vərəqədir. Bu səbəbdən də Şahruddin cəzalı duruma düşüb. O, noyabrın 13-də Bakıda İslandiyaya qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.

Xatırladaq ki, Ş.Məhəmmədəliyev seçmə mərhələdəki ilk sarı vərəqəsini Bakıda Ukraynaya qarşı keçirilən görüşdə (1:1) almışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*