Jurnalist və teleaparıcı Vladimir Solovyov tərəfindən işdən çıxarılan politoloq Yevgeni Satanovski Rusiya prezidenti Vladimir Putinin kadr siyasəti barədə mənfi fikirlər səsləndirib.
KONKRET.az xəbər verir ki, şərqşünas Rusiya hakimiyyətini tənqid edib və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevlə bağlı xoşagəlməz ifadələr işlədib.
“Putin hakimiyyəti saxlamaq baxımından çox güclüdür. Baxmayaraq ki, onun ölkəni necə idarə etməsi və kadrları necə seçməsi ilə bağlı ayrıca mövzum var. Amma bu çərçivədən baxsaq, o, yerinə bir az zəif adamı qoyacaq. Buna nümunə olaraq Medvedevi göstərmək olar”, – deyə politoloq bildirib.
Xəbər verdiyimiz kimi, Yevgeni Satanovski Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova haqqında söylədiyi fikirlərə görə ekspert işlədiyi Solovyev LIVE kanalından qovulub. Bu barədə jurnalist Vladimir Solovyov “Telegram”da məlumat verib. O, öz proqramının ekspertinin belə açıqlamalarına görə şəxsən Rusiya Xarici İşlər Nazirliyindən üzr istəyib. Jurnalist Satanovskinin bəyanatlarını ədalətsiz və yolverilməz adlandırıb.
Günel Mİkayılova,
KONKRET.az