İŞİD Tacikistan-Özbəkistan sərhədindəki hücumu üzərinə götürdübackend

İŞİD Tacikistan-Özbəkistan sərhədindəki hücumu üzərinə götürdü

İŞİD terror təşkilatı Tacikistan-Özbəkistan sərhədindəki silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

KONKRET.AZ-ın RİA Novosti-yə istinadla verdiyi xəbərinə görə, bu barədə Amerikanın SİTE Kəşfiyyat Qrupu məlumat verib.

Qeyd edək ki, noyabrın 6-da 20 silahlı şəxs Tacikistan – Özbəkistan sərhədində yerləşən Sultanabad sərhəd dəstəsinin “İşkobod” zastavasına hücum edib.

Hücum zamanı 15 silahlı məhv edilib, 5 nəfər saxlanılıb. Bundan başqa, bir nəfər sərhədçi və bir nəfər polis əməkdaşı ölüb.

Tacikistan Milli Təhlükəsizlik Komitəsi sərhəd zastavasına hücum edən şəxslərin Əfqanıstandan gələn İŞİD döyüşçüləri olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*