Pakistanın paytaxtı İslamabadda minlərlə insan İsrail və ABŞ-nin İrana zərbələrinə qarşı nümayişə çıxıb.
Aksiya iştirakçıları şəhərin mərkəzi hissəsində toplaşaraq hökumət binaları kompleksinin yerləşdiyi “qırmızı zona” istiqamətində kolonlarla hərəkət ediblər.
Onlar əllərində İranın həlak olan ali lideri Əli Xameneinin portretlərini tutublar və ABŞ ilə İsrail əleyhinə şüarlar səsləndiriblər.
Eyni zamanda, bildirilib ki, İslamabadda əfirliklərinin yerləşdiyi diplomatik zona istiqamətində bir neçə atəş səsi eşidilib.//Oxu.az
