B-2 bombardmançıları İranın yeraltı anbarlarını vurdubackend

B-2 bombardmançıları İranın yeraltı anbarlarını vurdu

ABŞ-a məxsus B-2 tipli strateji bombardmançı təyyarələr İran ərazisində yerləşən yeraltı ballistik raket anbarlarına zərbələr endirib. Məlumata görə, dörd ədəd B-2 bombardmançısı ABŞ-dan uzunmüddətli uçuş həyata keçirərək əməliyyatda iştirak edib.

KONKRET.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Bildirilir ki, təyyarələr hər biri 2000 funt (təxminən 900 kiloqram) çəkidə olan onlarla bomba ilə yeraltı obyektləri hədəfə alıb.

Zərbələrin nəticələri və mümkün dağıntılarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Natiq Səlm,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*