İslamda hansı musiqilər haram sayılır? – İlahiyyatçı AÇIQLADIbackend

İslamda hansı musiqilər haram sayılır? - İlahiyyatçı AÇIQLADI

“İslam dinində musiqi mövzusuna münasibət birmənalı deyil. Şəriət baxımından musiqilər haram hesab olunmur. Alimlərin fikrincə, musiqi istifadə formasına görə qiymətləndirilir. Bu mövzuda verilən klassik misallardan biri də bıçaqla bağlıdır. Bıçaqla adam öldürmək haram olduğu halda, onunla ərzaq doğramaq halaldır. Musiqi də bu prinsipə əsasən dəyərləndirilir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında İlahiyyatçı Fazil Əhməd səsləndirib:

Ciddiyə almaq lazım deyil” - Deputatın təklifinə cavab Yeni Sabah

“İslamda haram sayılan mahnılar, əsasən, diskoteka musiqiləri, haram məclislərdə ifa olunan ritmlər, qadının şəxsiyyətini alçaldan və insanı mənəviyyatdan uzaqlaşdıran əsərlərdir. Bu cür musiqilər həm fərdin, həm də cəmiyyətin əxlaqi dəyərlərinə zidd hesab olunur.

Bunun əksinə olaraq, insanın mənəvi dünyasına təsir edən, onu ana-ata sevgisinə, şəhidlərə ehtirama sövq edən muğamlar və digər musiqi növləri halal sayılır. Həmçinin bəzi dini mühitlərdə toy mərasimlərində musiqi alətlərindən istifadə olunur, ilahilər oxunur və bu, şəriət baxımından qəbulediləndir”.

İlahiyyatçı qeyd edib ki, bununla yanaşı, dini dəyərlərə uyğun olaraq, müəyyən zamanlarda, xüsusilə Aşura və Məhərrəm aylarında musiqi məclisləri təşkil etmək, şadyanalıqla yadda qalacaq tədbirlər keçirmək tövsiyə edilmir. Bu günlərdə Peyğəmbər ailəsinə ehtiram göstərilərək, əyləncədən uzaq durmaq savab əməl kimi qəbul olunur.

“Azərbaycan cəmiyyətində bu məsələyə həssas yanaşılır. Xalqın Aşura və Məhərrəm ayında toy etməməsi, dini dəyərlərə və Peyğəmbər ailəsinə olan hörmətin təzahürü kimi qiymətləndirilir. Bu münasibət, təkcə dini mətnlərə deyil, həm də milli-mənəvi dəyərlərə söykənir və cəmiyyətin içindən gələn bir məsələ olaraq dəyərləndirilir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*