İspaniyanın Şimali Afrikadakı Seuta anklavına keçməyə çalışan miqrantlar arasında ölənlərin sayı 27-yə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
İspaniyanın Milli Təhlükəsizlik Departamentinin məlumatına görə, indiyədək Mərakeş–İspaniya sərhədini təxminən 60 min miqrant keçib.
Bildirilir ki, onların azı 7 mini azyaşlıdır. Müqayisə üçün qeyd olunur ki, Seutanın ümumi əhalisi təxminən 83 min nəfərdir.
Yaranmış vəziyyətlə əlaqədar İspaniyanın Daxili İşlər Nazirliyi bölgəyə əlavə hərbi qüvvələrin göndəriləcəyini açıqlayıb. Baş nazir Pedro Sançes isə vəziyyətin normallaşdırılmasın üçün bütün zəruri resursların səfərbər ediləcəyini bildirib.Kəşfet üçün başlıq variantları:
Müşviq Tofiqoğlu
KONKRET.az
— Newsfeed (@Newsfeed883920) July 31, 2026
