İsrail ABŞ-dən “F-35” və “F-15IA” qırıcıları alacaqbackend

İsrail ABŞ-dən "F-35" və "F-15IA" qırıcıları alacaq

İsrail Hərbi Hava Qüvvələri ABŞ istehsalı olan “F-35” və “F-15IA” qırıcı təyyarələrindən ibarət iki yeni eskadrilya alacaq. Təyyarələrin bu iki böyük partiyasının alınması silahların satınalması üzrə nazirlər komissiyası tərəfindən təsdiq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada alınması təsdiqlənən təyyarələrin dəqiq sayı və müqavilənin məbləği göstərilməyib. Yalnız “on milyardlarla şekel”dən bəhs edildiyi qeyd olunub.

İsrail HHQ üçün bu, dördüncü “F-35” eskadrilyası (istehsalçısı “Lockheed Martin”) və ikinci “F-15IA” eskadrilyası (istehsalçısı “Boeing”) olacaq. Müdafiə Nazirliyindən bildirilib ki, tədarük müqavilələrinə təyyarələrin İsrail HHQ-nin sistemlərinə inteqrasiyası, hərtərəfli texniki xidmət, ehtiyat hissələri ilə təchizat və logistika dəstəyi də daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*