İsrail əsgərindən ŞOK ETİRAF: “Bizə əmr verilib ki…”backend

İsrail əsgərindən ŞOK ETİRAF: "Bizə əmr verilib ki..."

İsrail Müdafiə Qüvvələrinin (IDF) 252-ci Diviziyasında xidmət edən əsgərlərdən biri Sky News-a eksklüziv müsahibə verib.

KONKRET.az xəbər verir ki, əsgər müsahibəsində bildirib ki, İsrail ordusuna təhdid olub-olmamasına baxmadan Qəzzadakı mülki şəxslərə atəş açmaq əmri verilir.

Vətən xaini kimi qələmə veriləcəyindən və ya cəmiyyətdən uzaqlaşdırılacağından qorxaraq anonim danışan əsgərin sözlərinə görə, onun bölməsinə tez-tez qadağan olunmuş zonalara daxil olan hər kəsi güllələmək əmri verilir.

Sky News ehtiyatda olan əsgərin sözlərindən sitat gətirib:

“Bizim nəzarət etdiyimiz ərazimiz var və əmrlərə görə, içəri girən hər kəs ölməlidir. Kim olmasının fərqi yoxdur”.

Onun sözlərinə görə, atəş açmaq qərarı çox vaxt komandirin əhval-ruhiyyəsindən asılı olub:

“Atəş aça, əsir götürə bilərlər. Yəni hər şey komandirin əhval-ruhiyyəsindən asılıdır”.

Əsgər evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilərin mənzillərində yaşadıqlarını bildirib.

Ehtiyatda olan əsgər indi özünü günahkar saydığını etiraf edərək, qəzzalı mülki vətəndaşların əksəriyyətini sadəcə seçimi olmayan kasıb insanlar adlandırıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin əməliyyatının başlamasından bu yana 56 mindən çox şəxs həlak olub, on minlərlə insan isə ağır yaralanıb.

Əsgərin açıqlamalarına cavab olaraq, İsrail Müdafiə Nazirliyinin sözçüsü NBC News və Sky News-a bildirib ki, ordu ciddi şəkildə beynəlxalq hüquqa uyğun hərəkət edir və mülki itkiləri minimuma endirmək üçün tədbirlər görür.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*